28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Türkiyənin bəzi ərazilərində yenidən seçkilər keçirilir

02 iyn 2024 07:00
GÜNDƏM
ads
Advertisement

Bu gün Türkiyənin üç rayon və dörd qəsəbəsində təkrar bələdiyyə seçkiləri keçirilir.

Publika.az xəbər verir ki, 58 min 259 seçici bu gün yenidən sandıq başına gedərək səs verəcək.

212 məhəllədə isə seçicilər muxtarı müəyyənləşdirməlidirlər.

Kayserinin Pınarbaşı, Şanlıurfanın Hilvan və Aksarayın Güzelyurt elçələri ilə Sivasın Yıldızeli elçəsinə bağlı Güneykaya, Kırklarelinin Lüleburqaz elçəsinə bağlı Büyükkarıştıran, Tuncelinin Mazgirt elçəsinə bağlı Akpazar və Aksaraya bağlı Sağlık bəldələrində seçicilər bələdiyyə başqanlarını seçmək üçün məntəqələrə üz tutacaqlar.

Xatırladaq ki, martın 31-də keçirilmiş bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyası (CHP) 37,76 % səslə 1977-ci ildən bəri ilk dəfə birinci olub və yerli idarəetmə səviyyəsində hakim partiyaya çevrilib. CHP paytaxt Ankara və İstanbul daxil olmaqla 14 böyük şəhərdə qalib gəlib, hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) 35,48 faiz səslə ikinci olub.

Yerli seçkilərdən sonra edilən etirazlar nəticəsində Ali Seçki Komissiyası bəzi rayon və qəsəbə bələdiyyələrində seçkilərin yenilənməsini qərara alıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur