Dortmund “Borussiya”sı türkiyəli mütəxəssis Nuri Şahinin komandanın yeni baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “arılar”ın rəsmi saytı məlumat yayıb.
Şahinlə müqavilənin 30 iyun 2027-ci ilə qədər olduğu bildirilir.
“Borussiya Dortmund”un baş məşqçisi olmaq mənim üçün böyük şərəfdir. Mənə inandıqları üçün klubun yüksək rəhbərliyinin bütün üzvlərinə təşəkkür edirəm. İlk gündən əlimizdən gələn hər şeyi edəcəyik, bu klubun mümkün qədər uğurlu olması üçün enerji və ehtirasla çalışacağıq”, – Almaniya klubunun mətbuat xidməti Şahindən sitat gətirib.