Türkiyənin İstanbul şəhərində çökən üçmərtəbəli binanın dağıntıları altından bir nəfərin meyiti çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı yanğınsöndürmə xidmətinin rəhbəri Remzi Albayrak açıqlayıb.
Dağıntılar altında qalanların axtarışları davam etdirilir.
Xatırladaq ki, daha öncə İstanbul valisi Davud Gül dağıntılar altından 7 nəfərin yaralı halda çıxarıldığını açıqlamışdı.
***
Türkiyənin İstanbul şəhərinin Küçükçekmece Kartaltepe səmtində üçmərtəbəli yaşayış binası çöküb.
Publika.az xəbər verir ki, yerli vaxtla 08.45 radələrində baş verən hadisənin səbəbi məlum deyil.
Məlumata görə, dağıntılar altında qalanlar var. Əraziyə çoxlu sayda yanğınsöndürən və tibbi yardım briqadaları göndərilib.