28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Polis rəisi Baxçalının əlini öpdü, qalmaqal yarandı

19 iyl 2024 09:00
GÜNDƏM
ads

Türkiyədə Polis Xüsusi Əməliyyatlar Şöbəsinin rəisi Süleyman Qaradənizin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının əlini öpərkən çəkilən fotosu mübahisəyə səbəb olub.

Publika.az xəbər verir ki, Qaradəniz ona gələn reaksiyalara cavab verib.

"8 ildən sonra ilk dəfə Xüsusi Əməliyyat İdarəsinə gəldi. Yaşına və dövlət təcrübəsinə hörmət edərək öpdüm", - o bildirib.

Jurnalist İsmail Saymaz Qaradənizin forması üzərində olarkən belə bir hərəkət etməsinin Daxili İşlər Nazirliyini çox narahat etdiyini bildirib. Hətta bir nazirlik rəsmisi "açıqlamaq mümkün deyil. formada olarkən bu hərəkəti edə bilməz” deyib.

Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən ona qarşı heç bir rəsmi sanksiya tətbiq oluna bilməyəcəyi də bildirilib.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur