“Bank Respublika” 2023-cü ildə banklar və maliyyə institutlarına verdiyi kreditlərin məbləği 18 milyon 574 min manat olub.
Publika.az bu barədə bankın 2023-cü illə bağlı maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, bankın 2023-cü ildə banklar və maliyyə institutlarına verdiyi kreditlərin məbləği 2022-ci illə müqayisədə 7 milyon 395 min manat, yaxud da 28,4% azdır.
2022-ci ildə “Bank Respublika”nın banklar və maliyyə institutlarına verdiyi kreditlərin məbləği 25 milyon 969 min manat olub.(Valyuta.az)