28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Binəqədidə çörək sexinin fəaliyyəti dayandırıldı

11 iyl 2024 10:00
HADİSƏ
ads
Advertisement

Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Binəqədi Çörək” MMC-yə məxsus çörək istehsalı sahəsində yoxlama aparılıb.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirləri işlənib hazırlanmadığı, bəzi sahələri yanğınxəbərverici siqnalizasiya qurğusu ilə təmin olunmaması və quraşdırılmış yanğınxəbərverici siqnalizasiya qurğusu isə işlək vəziyyətdə olmaması aşkar edilib.

Həmçinin məlum olub ki, obyektdə elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, obyekt yanğın su hovuzu ilə təmin edilməyib.

"Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Binəqədi Çörək” MMC-yə məxsus çörək istehsalı sahəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - məlumatda qeyd edilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur