Amerikalı jurnalist Alison Holl qara paltarlardan tər və dezodorant ləkələrini tez təmizləmə üsulunu tapıb.
Publika.az xəbər verir ki, o, bu barədə "Instagram"da paylaşım edib.
"Ağ dezodorant ləkələri, məxmər asılqanlarımın möcüzələr yarada biləcəyini anlayana qədər məni dəli edirdi", - o qeyd edib.
O, kamera qarşısına keçərək sviteri və şalvarında çirkləri yaxından göstərib, daha sonra onları məxmər asılqanla sürtməyə başlayıb. Bütün ləkələr yoxa çıxıb.
Hüseyn İbadlı