"Qalatasaray"ın vingeri Kərəm Aktürkoğlu "Benfika"ya transfer olunub.
QÜTB.AZ xəbər verir ki, bu barədə Lissabon klubunun rəsmi saytı məlumat yayıb.
25 yaşlı türklə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb. Mətbuatda yayılan məlumata görə, keçid Portuqaliya təmsilçisinə 12 milyon avroya başa gəlib. Bundan başqa, "Benfika" futbolçunu satarsa, məbləğin 10 faizini "aslanlar"a verəcək.
Qeyd edək ki, Aktürkoğlu 2020-ci ildən "Qalatasaray"da çıxış edirdi. O, komandanın heyətində 179 oyun keçirib, 46 qol vurub və 42 məhsuldar ötürmə edib.
Qutb