Rusiyanın Saxalin vilayətinin yerləşdiyi Kuril adalarının sahilində 5,1 maqnitudalı zəlzələ olub.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidmətinin verilənlərindən bəlli olub.
Bildirilib ki, yeraltı təkanların ocağı 43,6 km olub. Təbii fəlakət yerli vaxtla saat 06:25-də qeydə alınıb.
Dağıntı və tələfat barədə bilgi verilməyib, regionda sunami təhlükəsi elan olunmayıb.