02.06.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

13 yaşlı qızla qanunsuz evlənən həbs edildi

31 may 2025 21:00
GÜNDƏM
ads

Yevlaxda 13 yaşlı qızla qeyri-qanuni evlənən 19 yaşlı şəxs həbs edilib.

 

Qutb.az “Musavat.com”a istinadən xəbər verir ki, Gülər (ad şərtidir) 8-ci sinifdə təhsil aldığı zaman 19 yaşlı Orxanla (ad şərtidir) tanış olub.

 

Onlar bir-birlərini sevərək ər-arvad kimi yaşamaq istəyiblər. Ailələr razı olsa da, qızın 13 yaşı olmasına görə toy edə bilməyiblər.

 

Gülər Orxanın evinə gedərək onunla yaşamaq istədiyini deyib. Həmin gündən onlar birgə yaşamağa başlayıblar.

 

Orxanın dediyinə görə, Gülərin 13 yaşı olmasını bilməyib və onun şəxsiyyət vəsiqəsini görməyib. Gülər də Orxanı günahkar biməyərək yaşını gizlətdiyini etiraf edib. Əlavə edib ki, şəxsiyyət vəsiqəsi anasında olduğu üçün Orxana göstərməyib.

 

Hər iki şəxsin valideynləri məhkəmədə şahid qismində dindirilib. Onlar bir-birlərindən şikayətçi olmayıb və Orxanla Gülərin birlikdə yaşamasından xəbərdar olduqlarını deyiblər.

 

Məhkəmə Orxanı 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq və seksual xarakterli digər hərəkətlər etməkdə təqsirli bilib. Hökmə əsasən, Orxan 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur