İsraildə atışma nəticəsində iki nəfər ölüb, dördü isə yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.
Polisin məlumatına görə, cümə günü səhər saatlarında naməlum şəxs avtomobillə Reim (Məsmiyə) kəsişməsi ərazisindəki avtovağzala gəlib və oradan keçənlərə atəş açıb.
Atəş açan şəxs silahı olan vətəndaşlardan biri tərəfindən zərərsizləşdirilib.
Bildirilib ki, atışma nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Kanal qeyd edir ki, kəsişmədə hücumu həyata keçirən terrorçu təkbaşına hərəkət etdiyi iddia edilən Şərqi Qüds sakinidir.