Britaniyalı qaçışçı, Avropa çempionatı və Brilyant Liqasının iştirakçısı Robbi Fitzgibbon 28 yaşında qəflətən dünyasını dəyişib.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Fitzgibbon orta məsafələr üzrə ixtisaslaşıb. Yeniyetmə və gənclərin yarışlarında uğurla çıxış edib. 2019-cu ildə qapalı məkanda keçirilən Avropa çempionatında 1500 metr məsafəyə qaçışda finala yüksələrək səkkizinci yeri tutub. Lakin tezliklə ayaq biləyindən zədə alıb və əməliyyat olunub, bundan sonra əvvəlki səviyyəsinə qayıda bilməyib.
O, psixi sağlamlıq üçün xeyriyyə fondu yaradaraq 2025-ci ildə Brighton Marafonunu keçirməyi planlaşdırırdı.
O, daha əvvəl 2022-ci ildə ona psixoz diaqnozu qoyulduğunu açıqlamışdı.
İdmançının ölüm səbəbi məlum deyil.
Hüseyn İbadlı