Ağ evin 61 yaşlı baş aşpazı Kristeta Komerford tutduğu vəzifədən istefa verib.
Qutb.az xəbər verir ki, o, bu vəzifəni tutan yeganə qadın idi.
Filippində anadan olan və 23 yaşında Amerikaya gələn Kristeta Komerford 1995-ci ildə Ağ Evdə işə başlayıb, 2005-ci ildə baş aşpaz vəzifəsinə təyin edilib.
O, 1995-ci ildən bəri karyerası boyunca Bill Klinton, Corc Buş (oğul), Barak Obama, Donald Tramp və Cozef Baydenə xidmət edib.
Kristeta Komerford hazırda həyat yoldaşı Con ilə birlikdə təhsil qrupunun rəhbəridir. Onların hər ikisi Braziliyanın yoxsul şəhərinə humanitar səfərlərdə könüllü iştirak edirlər. Kristeta Komerford, həmçinin Havay Qubernatorunun təşkil etdiyi Beynəlxalq Qadın Liderliyi Konfransında əsas məruzəçi olub.