01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Paşinyandan dörd kəndlə bağlı qərar: “Dərhal...”

18 mar 2024 20:00
GÜNDƏM
ads

Baş nazir Nikol Paşinyan bu gün Tavuşda olarkən sakinlərə bildirib ki, 4 kənd dərhal Azərbaycana təhvil verilməlidir, əks halda müharibə olacaq.

Publika.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Qarnik Danielyan deyib.

“Nikol Paşinyan bu gün Tavuşa gözlənilməz səfər edib. Voskeparda bölgə sakinləri, vilayət qubernatoru və kəndlərin rəhbərləri ilə görüşdə Paşinyan söyləyib ki, 4 kənd dərhal Azərbaycana təhvil verilməlidir, əks halda müharibə olacaq”, - deputat qeyd edib.

Danielyanın iddiasına görə, baş nazir kəndləri Azərbaycana təhvil verməkdən başqa çıxış yollarının olmadığını bildirib:

“Paşinyan konkret tarixlər deməsə də, əldə etdiyim məlumata görə, səfərin məqsədi prosesi sürətləndirməkdir”.

Söhbət Qazax rayonunun Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərindən gedir. (Teleqraf.com)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur