NATO-da belə bir konsensus olarsa, Latviya Qərb qoşunlarının Ukraynaya göndərilməsi məsələsinə baxmağa hazırdır.
Publika.az xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyinin nümayəndəsi məlumat verib. Dövlət rəsimi əlavə edib ki, Latviyada belə bir ehtimala qarşı heç bir prinsipial mənfi münasibət yoxdur. Bundan əlavə, Litva prezidentinin müşaviri Kestutis Budris bildirib ki, Litva Ukraynaya hərbi personal göndərmək imkanını da nəzərdən keçirir. Litvanın müdafiə naziri Arvydas Anusauskasın sözlərinə görə, məsələ müzakirə olunur. Anousauskas aydınlaşdırıb ki, NATO qoşunlarının Ukraynaya göndərilməsi onların hərbi missiyalarda deyil, təlimlərdə iştirakını nəzərdə tutur.
Qeyd edək ki, Makronun Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı təklifinə İsveç, Almaniya, Polşa, İsveçrə, İtaliya və Macarıstan qarşı çıxıb. NATO belə bir variantın mümkünlüyünü qəti şəkildə rədd edib.
Akqabay