Niderlandda sağçı Azadlıq Partiyasının (PVV) lideri Geert Vilders geri addım ataraq İslam əleyhinə qanunvericilik təkliflərini geri götürüb.
Publika.az xəbər verir ki, Vilders Nümayəndələr Palatasının sədri Martin Bosma məktub yazıb. Məktubda Niderlandda İslamın qadağan edilməsi və ikili vətəndaşlığı olanların səsvermə qadağası ilə bağlı qanun layihələrindən imtina etdiyini bildirib. Vildersin bu addımının koalisiya danışıqlarından əvvəl olması diqqət çəkib.
Sağçı siyasətçi 2018-ci ildə Nümayəndələr Palatasına Niderlandda Qurani-Kərimin qadağan edilməsini və məscidlərin bağlanmasını nəzərdə tutan qanun layihəsi təqdim edib. “Mən bu parlamentdə nə türk, nə mərakeş, nə də isveç istəmirəm. Bura mənim ölkəmdir” sözləri ilə müdafiə etdiyi qanunvericilik təklifləri kifayət qədər deputatın dəstəyini ala bilməyib.
Qeyd edək ki, Vildersin partiyası noyabrda keçirilən ümumi seçkilərdə birinci olub, lakin hökumət qurmaq üçün səs çoxluğu əldə edə bilməyib.
Roza