02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

İrəvanın "GEY SEVGİSİ": Rusiyadan qaçan cinsi azlığa sığınacaq verildi

31 yan 2024 05:00
GÜNDƏM
ads
Advertisement

İrəvan İnzibati Məhkəməsi polisin işgəncəsinə məruz qalaraq Rusiyanı tərk etməli olan Salman Mukaevə sığınacaq verilməsi barədə qərar verib.

Publika.az xəbər verir ki, bu barədə CK SOS böhran qrupu məlumat yayıb.

Məhkəmə etiraf edib ki, təkcə Çeçenistanda deyil, bütün Rusiyada LGBT icması nümayəndələrinin azadlığına və şəxsi toxunulmazlığına təhlükə var. LGBT insanların hüquqları, məhkəmədə qeyd edildiyi kimi, homofob qanunlara görə pozula bilər.

Qətnamədə deyilir: “Bu rəsmi proseslər faktiki olaraq cəmiyyətin zorakılığı və LGBT icmasının üzvlərinə qarşı təqibin digər formalarını qanuniləşdirməsi üçün stimuldur".

Mukaev 2020-ci ilin fevralında Rusiyada geylər üçün geniş miqyaslı "ov" başlayan zaman Çeçenistanda saxlanılıb. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, polis əməkdaşları onu döyüb, lentlə bağlayıb, çanta ilə boğub, balaca barmaqlarına açıq naqillər taxaraq elektrik cərəyanı ilə işgəncə veriblər. İşgəncələr altında dostu ilə cinsi əlaqədə olduğunu etiraf etməyə məcbur edilibvə yalnız əməkdaşlıq müqabilində sərbəst buraxılıb. Analaşmaya əsasən, o, internetdə kişilərlə tanış olub polisə təhvil verməliymiş.

Mukaev azadlığa çıxandan sonra Ermənistana gedib. Sonradan məlum olub ki, o, Rusiyada qanunsuz olaraq silah və döyüş sursatı əldə etmə, başqasına vermə və ya saxlama (CM-nin 222-ci maddəsinin 1-ci hissəsi) üzrə axtarışa verilib. Mukayev Ermənistandan ona sığınacaq verməyə hazır olan Avropa ölkəsinə uçmaq istəyib. Amma pasport nəzarətində saxlayıb deyiblər ki, Rusiyada axtarışdadır və sərhədi keçə bilməz. Bundan sonra o, Ermənistandan sığınacaq istəyib.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur