28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

İran gəmini niyə ələ keçirib?

12 yan 2024 08:00
GÜNDƏM
ads
Advertisement

İran mətbuatında çıxan xəbərlərdə İranın neft daşıyan gəmini ələ keçirdiyi açıqlanıb. Bildirilib ki, bu, ötən il İran neftini daşıyarkən eyni tankerin ABŞ tərəfindən ələ keçirilməsinə cavabdır.

Publika.az xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinin yarırəsmi Fars xəbər agentliyində dərc olunan bəyanatında deyilir: “ABŞ-ın keçən il İran neftini oğurlamasından sonra İran donanması məhkəmə qərarlarına uyğun olaraq bu gün səhər saatlarında “Müqəddəs Nikolas” gəmisini ələ keçirib. Gəmi İran limanlarına doğru üzür”.

Britaniyanın dəniz təhlükəsizliyi şirkəti Ambrey gəminin Omanın Səhəri yaxınlığında olarkən gəmiyə silahlı şəxslərin mindiyini və gəminin İranın Cask limanına doğru istiqaməti dəyişdirildikdən sonra peyk izləmə sisteminin sıradan çıxdığını açıqlayıb.

Bildirilib ki, gəmini ələ keçirən silahlı şəxslər hərbi tipli qara forma və maskalar geyiniblər.

Ötən il ABŞ eyni gəmini sanksiyaya məruz qalmış İran neftini daşıdığı səbəbilə ələ keçirmişdi.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur