Mandatım çərçivəsində 2024-cü il yanvarın sonunda Abxaziyaya səfər etmək niyyətində idim. Təəssüf ki, oradakı həmsöhbətlərimiz mənə dedilər ki, bu, mümkün deyil.
Publika.az xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə nümayəndəsi Toivo Klaar deyib .
Onun sözlərinə görə, bu, son altı ayda ikinci imtinadır.
Klaar yazıb: “Abxaziyanın nisbi açıqlığı Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən əziyyət çəkməməlidir”.
Onun sözlərinə görə, Abxaziya ilə rabitə kanallarının bağlanması heç kimin maraqlarına cavab vermir.
Tural