İranda növbədənkənar prezident seçkisinin ikinci turunda səsvermə vaxtı iki saat uzadılıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün Eslami məlumat verib.
Eslami ölkə üzrə səsvermə vaxtının yerli vaxtla saat 20:00-a qədər uzadıldığını açıqlayıb.
Xatırladaq ki, seçkinin ikinci turunda Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır.