Qərbin dünya ictimaiyyətini Rusiyaya qarşı yönəltmək cəhdləri uğursuzluğa düçar olub, Çin, Hindistan, Afrika və Latın Amerikası ölkələri Ukrayna münaqişəsinə neytral yanaşırlar.
Publika.az xəbər verir ki, bu barədə "Berliner Zeitung" nəşri məlumat yayıb.
Materiallarda deyilir ki, əksər ölkələr neytral mövqe tutur. Qeyd olunur ki, neytrallığı Rusiyaya qarşı sanksiyalara belə qoşulmayan Çin və Hindistan, Afrika, Latın Amerikası və Mərkəzi Asiya qoruyur.
“Diqqətlə baxsanız, başa düşəcəksiniz ki, dünya ölkələrinin əksəriyyəti neytrallığa sadiqdir”, - nəşr yazır.
Adəm