30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Azərbaycanda faciəvi şəkildə ölən qardaşlarla bağlı

14 okt 2023 16:00
HADİSƏ
ads

19:48

Qusarın Mirzə Vəliyev küçəsində yerləşən evlərdən birində zəhərlənərək ölən ikinci şəxsin də kimliyi bəlli olub.

"Report"un Şimal bürosunun məlumatına görə, kirayə evlərdən birində zəhərlənərək ölən şəxs Zeynalov Sakit Yusif oğludur.

Qeyd edək ki, Cəlilabad rayon sakinləri, 1980-ci il təvəllüdlü Zeynalov Şamil Yusif oğlu, 1976-cı il təvəllüdlü Zeynalov Sabir Yusif oğlu evdə yedikləri göbələkdən zəhərləniblər. Nəticədə S.Zeynalov ölüb, Ş.Zeynalov isə xəstəxanaya yerləşdirilib.

Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Sabir və Şamil Zeynalovlar qardaş olub. Onlar Qusar rayonuna işləmək üçün gediblərmiş.

--------

15:52

Qusar şəhərində qidadan zəhərlənmə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Cəlilabad rayon sakinləri 43 yaşlı Şamil Zeynalov, 47 yaşlı Sabir Zeynalov və şəxsiyyəti hələ dəqiqləşdirilməmiş bir şəxs göbələkdən zəhərləniblər. Onlardan ikisi dünyasını dəyişib. Şamil Zeynalov ağır vəziyyətdə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur