Çempionlar Liqasının "Jirona" - "Feyenoord" matçı (2:3) hakimləri ilə azarkeşlərin marağına səbəb olub.
QÜTB.AZ xəbər verir ki, qarşılaşmanın baş hakimi Urs Şnayderə əkiz qardaş olan köməkçilər təyin edilib. Söhbət Marko və Benjamin Zürçerdən gedir.
Matçın canlı yayımında baş hakim Urs Şniderin hər iki tərəfində dayanan eyni qısa saçlı və ciddi görünüşlü qardaşların kadrı göstərilib. Bu görüntü qısa zamanda sosial şəbəkələrdə trendə çevrilib.
Qutb