Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həllini müzakirə etməyə hazır olduğunu açıqlayıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bundestaqda çıxış edən Almaniya hökumətinin başçısı Rusiyanın iştirakı ilə Ukrayna ilə bağlı konfransın keçirilməsinin tərəfdarı olduğunu bildirib.
“Bizdən Rusiya prezidenti ilə danışıb-danışmayacağımızı soruşduqda, bəli cavabı veririk və bu belədir”, - Şolts deyib.
Eyni zamanda, o vurğulayıb ki, sülhə nail olmaq üçün səylərdə aydın prinsiplər var, yəni onun fikrincə, mümkün qərarlar “Ukraynanın arxasında və heç vaxt tərəfdaşlarla razılaşmadan” qəbul edilə bilməz.
Adəm Abbaslı