Arkanzas ştatının keçmiş qubernatoru Asa Hatçinson prezidentlik kampaniyasından çəkildiyini elan edib.
Publika.az xəbər verir ki, o, bununla bağlı rəsmi açıqlamanı “X” sosial şəbəkəsində (keçmiş Twitter) yayıb.
"Prinsipial və təcrübəli bir respublikaçı olaraq, favorit haqqında həqiqəti söyləmək mövqeyim Ayovada işə yaramadı" deyən Hatçinson, kampaniyası zamanı partiyanı "2024-cü ilin riskləri" ilə bağlı xəbərdar etdiyini bildirib.
Xatırladaq ki, yanvarın 15-də Ayova ştatında respublikaçı seçicilərin səsverməsi baş tutub. Hatçinson təxminən 1% səs (191 səs) toplayıb və sonuncu yerdə qərarlaşıb.
Keçmiş prezident Donald Tramp 56 260 səslə birinci olub.
73 yaşlı Hatçinson Trampı açıq şəkildə tənqid edən və çoxsaylı hüquqi problemləri fonunda keçmiş prezidenti yarışdan çıxmağa çağıran bir neçə Respublikaçı namizəddən biri idi.