“Real” PSJ-nin müdafiəçisi Əşrəf Hakimi ilə maraqlanır.
Publika.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, madridlilər Hakimini parislilərlə 2026-cı ilin yayına qədər qüvvədə olan müqaviləsini yeniləməməyə razı salmaq istəyir. Bu baş verərsə, 2025-ci ilin yayında “Real” mərakeşlini almağa çalışacaq.
Baş məşqçi Karlo Ançelotti, Dani Karvahal və Lukas Vasquesin rəqabət apardığı sağ cinah müdafiəçisi mövqeyini gücləndirə biləcək Hakimini qiymətləndirir.
“Real”ın yetirməsi olan Hakiminin özü də kluba qayıtmağa və hətta maaşını azaltmağa razıdır. 25 yaşlı futbolçu ildə 10 milyon avrodan çox məvacib alır.