"Mançester Siti"nin hücumçusu Erlinq Haaland Norveç millisinin düşərgəsində zədələnib.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə 23 yaşlı forvardın milli komandanın məşqində ayağını tutaraq axsaması ilə bağlı görüntülər yayılıb.
"The Guardian"ın məlumatına görə, hücumçu buna görə yığmanın düşərgəsindən ayrılıb. Onun Premyer Liqa çərçivəsində baş tutacaq "Arsenal" ilə oyununu buraxmaq riski var.
Qeyd edək ki, "Mançester Siti" - "Arsenal" matçı martın 31-də keçiriləcək. "Şəhərlilər" Premyer Liqanın turnir cədvəlində üçüncüdür və lider "topçular"dan bir xal geri qalır.
Heybət