Fələstin tərəfdarı qrupun fəalları Kembric Universitetindəki Senat Evinin binasına qırmızı boya töküblər.
Publika.az xəbər verir ki, qrup universiteti Fələstinə hücumlara şərait yaradan ortaqlıqlara sərmayə qoymaqda ittiham edib. Etiraz, gələn həftə binada keçiriləcək buraxılış mərasimi ərəfəsində keçirilib.
Kembric Universitetindən verilən rəsmi açıqlamada bu vandalizm aktı qətiyyətlə pislənib.