Yaponiya hökuməti ölkə parlamentinin buraxılması ilə bağlı rəsmi qərar qəbul edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Yaponiya Nazirlər Kabineti oktyabrın 9-da növbədənkənar iclasında parlamentin buraxılması haqqında qərarı imzalayıb.
Daha sonra Yaponiya Hökumətinin yeni rəhbəri Şigeru İşiba ilə müxalifət partiyalarının liderləri arasında parlamentdə debatların keçiriləcəyi gözlənilir. Debat tələb olunan 45 dəqiqə əvəzinə 80 dəqiqə çəkəcək.
Hüseyn İbadlı