ABŞ prezidenti Co Bayden İordaniyada ABŞ hərbçilərinin ölümünə səbəb olan pilotsuz təyyarə hücumuna necə cavab veriləcəyi ilə bağlı qərar qəbul etdiyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
ABŞ prezidenti Floridaya seçki kampaniyası başlamazdan əvvəl jurnalistlərlə söhbəti zamanı Ağ Evdə yüksək səviyyəli məsləhətçilərlə məsləhətləşmələrdən sonra qəbul etdiyi qərarının təfərrüatlarına varmayıb.
O, Birləşmiş Ştatların Yaxın Şərqdə daha böyük müharibə istəmədiyini söyləyərək, digər rəsmilərin "ABŞ İranla müharibə istəmir" şərhlərini təkrarlayıb.
Bundan əvvəl ABŞ prezidentinin İordaniyadakı Amerika hərbi bazasına hücuma cavab variantlarını nəzərdən keçirdiyi barədə məlumatlar yayılsa da, bunun dəqiq nə vaxt baş verəcəyi məlum deyil.
Xatırladaq ki, yanvarın 27-də Suriya-İordaniya sərhədindəki Əl-Tanf bölgəsində Qərb koalisiyasının hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçi həlak olub, 40-ı yaralanıb.
ABŞ lideri Co Bayden hücuma görə İranı günahlandırıb.
"İordaniyanın şimal-şərqində - Suriya sərhədi yaxınlığında yerləşən qüvvələrimizə pilotsuz uçuş aparatı ilə hücum nəticəsində üç ABŞ əsgəri həlak olub, çoxlu sayda hərbçi yaralanıb. Bu hücumla bağlı kəşfiyyat məlumatları toplanır. Bunu İranın radikal silahlıları tərəfindən həyata keçirildiyini bilirik”, - qeyd edilib.
Hüseyn İbadlı