Avstraliyanın Melburn şəhərində açılmaq üzrə olan Koreya restoranının qarşısında asılan pankart həm bölgədə yaşayanları, həm də internetdə görənləri təəccübləndirib.
Publika.az xəbər verir ki, Avstraliyada maddi durumu yetərincə olmadığı üçün sevgilisi tərəfindən tərk edilən şəxsin qisası heyrət doğurub.
Həmin şəxs açdığı restoranda qarşısında pankart asaraq belə yazıb: "Sofia, kasıb olduğum üçün məndən ayrıldın. İndi Koreya restoranı açmağa pulum var. İndi peşimansan?"
“The Sun” qəzetinin məlumatına görə, pankartı görən vətəndaşlar sosial mediada ikiyə bölünüb. Bəziləri bu yazının reklam xarakterli olduğunu düşünür.
Roza Şəfiyeva