Dünyada edamların sayı üçdə bir artıb.
Publika.az xəbər verir ki, bu barədə "Newsatch" "Telegram" kanalı məlumat yayıb.
Qeyd olunub ki, artım 31% təşkil edib, ümumilikdə 1153 edam icra edilib - bu, 2015-ci ildən bəri rekord göstəricidir. Ölüm hökmlərini icra edən ilk beş ölkə Çin, İran, Səudiyyə Ərəbistanı, Somali və ABŞ-dır.
Lakin oradakı ölüm hökmlərinin sayı açıqlanmadığından Çinlə bağlı dəqiq məlumat yoxdur. Məlum halların 74%-i İrandadır.
Hüsey İbadlı