1992-ci ilin fevral ayının 17-də Xocavənd rayonunun Qaradağlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşən və 32 il sonra meyitinin qalıqları tapılan Birinci Qarabağ meharibəsinin şəhidi bu gün dəfn ediləcək.
Publika.az xəbər verir ki, hərbi qulluqçu, Ağdam rayon Güllücə kənd sakini, 1967-ci il təvəllüdlü Məhəmməd Hüseyn oğlu Mirzəyev bu gün doğulduğu Ağdam rayonunda - Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Dəfn mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edəcəklər.