Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunun baş elmi işçisi, professor Mütəllim Abbasov vəfat edib.
Publika.az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, Mütəllim Abbasov 66 yaşında dünyaya gözlərini yumub.
Mərhum onkoloji xəstəlikdən əziyyət çəkirmiş.