Ukraynaya təlimatçı və ya muzdlu statusunda göndərilən Fransa hərbi qulluqçuları Rusiya Federasiyası üçün qanuni hədəfdir.
Publika.az xəbər verir ki, bu bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.
XİN rəhbərinin sözlərinə görə, bu Avropa ölkəsindən olan muzdlular Ukraynada öz fəaliyyətlərini həyata keçirirlər və bunun üçün çoxlu sayda faktlar da var.
"Onlar kim olursa olsunlar, bizim Rusiya Silahlı Qüvvələrimiz üçün tamamilə qanuni hədəfdirlər", - XİN rəhbəri yekunlaşdırıb.
Adəm Abbaslı