Almaniyanın Münhen şəhərində İranın Milli Müqavimət Şurasının tərəfdarları Münhen Təhlükəsizlik Konfransı zamanı etiraz aksiyası keçirib.
Publika.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Etirazçılar Qərbdən İran hökumətinə qarşı sərt siyasət yürütməyi tələb ediblər.
Etiraz zamanı İran bayraqları ilə bərabər Ukrayna bayraqları da dalğalandırılıb.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı fevralın 16-dan 18-dək keçirilir.
Burada 50-yə yaxın dövlət və hökumət başçısının, eləcə də 100-ə yaxın nazirin iştirak edəcəyi gözlənilir.