Kipr Rum Administrasiyasında yerləşən "Osiou Avvakum" monastırı bağlanıb.
Publika.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, monastırın bağlanmasına homoseksuallıq və korrupsiya ittihamları səbəb olub.
Belə ki, monastırda işləyən iki keşişin arasında homoseksual münasibət olması, həmçinin kilsədə korrupsiya ilə əldə edilən 800 min avronun saxlanması ilə bağlı ittihamlar irəli sürülüb.
Kipr Ortodoks Kilsəsinin başlatdığı istintaq çərçivəsində monastır müvəqqəti bağlanıb, keşişlər isə oradan uzaqlaşdırılıb.
Məlumata görə, sözügedən keşişlər iddiaları rədd ediblər.