Ağdərin rayonunun yaradılması ilə əlaqədar arxiv məlumatları və ortofotolar (PUA-lardan alınan fotoşəkillər) əsasında Kəlbəcər rayonunun 23, Ağdam rayonunun 10, Tərtər rayonunun 26 yaşayış məntəqəsinin inzibati sərhədləri müəyyən edilib. .
Publika.az “Report”a istinadən xəbər verir ki , bunu Kadastr və Torpaq Quruluşunun Layihələndirmə-Tədqiqat Mərkəzinin baş mühəndisi Çingiz Tanrıverdiyev ekologiya məsələləri üzrə işçi qrupunun növbəti iclasında deyib.
Onun sözlərinə görə, bu sərhədlər əsasında Ağdərə rayonunun yaradılması ilə bağlı xəritələr hazırlanaraq Prezident Administrasiyasına təqdim edilib: “Xocalı, Xocavənd və Şuşa rayonlarının xəritələri hazırlanaraq Prezident Administrasiyasına təqdim edilib”.