16.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Paşinyan Blinkenlə sərhədlərin demarkasiya prosesini MÜZAKİRƏ ETDİ

28 apr 2024 17:00
GÜNDƏM
ads

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan hökumətin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin gündəliyi, aprelin 5-də Brüsseldə keçirilən görüş, həmçinin Ermənistan-Azərbaycan arasında sülh prosesi ilə bağlı məsələləri müzakirə ediblər.

Paşinyan Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin fəallaşmasından məmnunluğunu ifadə edib. Baş nazir aprelin 5-də Brüsseldə əldə olunan razılaşmaların həyata keçirildiyini vurğulayıb

Hökumət başçısı Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyası prosesi ilə bağlı da müsbət danışıb, Tavuş vilayətinin Voskepar, Kirants və Berkaber kəndlərinin sakinlərinin narahatlığının başa düşüldüyünü və onların haqlı narahatlığının aradan qaldırılması üçün hər şeyin ediləcəyini vurğulayıb.

Qeyd edilib ki, Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan tərəfindən bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınması, eyni zamanda delimitasiya və demarkasiya prosesinin həmin bəyannamə əsasında həyata keçirilməsi Ermənistan-Azərbaycan arasında Sülh Müqaviləsinin imzalanmasına zəmin yaradır.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
139 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur