UEFA Avropa Liqasının 1/8 finalında "Qarabağ"ın rəqibi olan "Bayer"in futbolçusu Qranit Caka təmsilçimizlə oyun barədə danışıb.
Publika.az xəbər verir ki, isveçrəli yarımmüdafiəçi Almaniya mətbuatına açıqlamasında "köhlən atlar"la görüş barədə fikirlərini qısa şəkildə bölüşüb:
"Qarşıdakı həftələrin bizim üçün çox vacib olacağını bilirik. İndi hər matç final kimidir. Xüsusilə Avropa Liqası və kubokda".
Qeyd edək ki, martın 14-də keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında paytaxtımızda keçirilən ilk görüş 2:2 hesabı ilə başa çatıb.
Heybət