Livandakı “Hizbullah” Hərəkatının baş katibinin müavini Naim Kasım bəyan edib ki, İsrail və Livan arasında müharibə dayanması üçün Qəzzada müharibə dayandırılmalıdır.
Publika.az xəbər verir ki, Kasımın Livanın cənubunda Yeni il gecəsi son vəziyyətlə bağlı açıqlaması “Hizbullah”ın rəsmi Telegram hesabında paylaşılıb.
O qeyd edib ki, İsrail nə bu müharibədə, nə də digər müharibədə qələbə qazana bilməyəcək:
“Livandakı müharibənin dayanması üçün ilk növbədə Qəzza müharibəsi dayandırılmalıdır. Livanda mülki əhaliyə qarşı bombardmanların davam etməsi İsrailin təcavüzkar olduğunu göstərir”.
Qeyd edək ki, “Hizbullah” ilə İsrail ordusu arasında oktyabrın 8-dən bəri davam edən qarşıdurmalarda 134 “Hizbullah” üzvü və 28 Livan vətəndaşı, 5 İsrail vətəndaşı və 9 əsgəri həlak olub.
Aysel Şahmar