Elm adamları təxminən 1700 il yaşı olduğu təxmin edilən və içərisində hələ də maye olan toyuq yumurtası tapıb. Bu yumurtanın dünyada yeganə növ olduğuna inanılır.
Publika.az xəbər verir ki, yumurta 2007-2016-cı illər arasında İngiltərənin Bukingemşir əyalətinin Aylesbury şəhərində aparılan qazıntılar zamanı aşkar edilib.
Qazıntı zamanı arxeoloqlar kəskin qoxu yayan daha üç yumurtanı sındırıblar, lakin dördüncü yumurta toxunulmaz qalıb.
Aparılan mikroskan nəticəsində yumurtanın sarısı və ağının hələ də salamat olduğu müəyyən edilib. Bu yumurtanın o dövrdən sağ qalan yeganə yumurta olduğu düşünülür.
Yumurta hal-hazırda Aylesburydəki Discover Bucks Muzeyində sərgilənir.
Roza Şəfiyeva