Hindistan iğtişaşlar fonunda Banqladeşdən 4500-dən çox tələbəni təxliyə edib.
Publika.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmyerliləri ilə yanaşı, Yeni Dehli Nepal, Maldiv adaları və Butan vətəndaşlarının da ölkədən çıxarılmasından narahatdır. Dəkkə səfirliyi Hindistan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün yerli hakimiyyət orqanları ilə müntəzəm əlaqə saxlayır.
Bundan əvvəl Banqladeşdə etirazlara görə komendant saatı tətbiq edilmişdi. Hakimiyyət asayişi qorumaq üçün qoşun yeridib. İyulun 20-də yerli polis etirazçılara güllə atıb.
Banqladeşdə bir neçə həftədir ki, hökumət işləri üçün kvotalara qarşı etirazlar davam edir.
Tural