Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorqyanı tutduğu vəzifədən azad edib.
Publika.az xəbər verir ki, Baş nazirin qərarı elektron hökumət saytında dərc olunub.
Gevorkyan 2021-ci il sentyabrın 7-dən xarici işlər nazirinin müavini vəzifəsində çalışırdı.
Bundan əvvəl o, XİN rəhbərinin müşaviri olub.