29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Türkiyə bir gedişlə Suriyada vəziyyəti dəyişdi - İran nədən qorxur?

05 dek 2024 04:00
GÜNDƏM
ads
Advertisement

Xameneinin müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti Suriyadakı vəziyyətlə bağlı Türkiyəni ittiham edib və iddia edib ki, Ankara ABŞ və İsrailin tələsinə düşüb. Bu açıqlama İranın Suriyada düşdüyü çıxılmaz vəziyyətdən qaynaqlanır.

Tehran Şam və Ankara arasında təmaslar yaradaraq, vəziyyətə nəzarəti saxlayacağına ümid edirdi. Halbuki, Ərdoğanın daha öncə Əsədə görüş çağırışı cavabsız qalmışdı.

Hakan Fidanla görüşdən əliboş qayıdan Araqçı da fikir ayrılığının olduğunu etiraf edib. Fikir ayrılığının təməlində Əsədin suriyalı müxaliflərə münasibəti dayansa da, hazırda baş verənlər Türkiyənin maraqlarına uyğundur:

1. Hələbin nəzarətə götürülməsi İdliblə yanaşı, Türkiyədəki suriyalıların köçürülməsi imkanı yaradır və bu, Ankaranın yükünü azalda bilər;

2. PYD/YPG terror qruplaşmasının bölgədə sıxışdırılması imkanları yarandı: Tel-Rəfatın nəzarətə götürülməsindən sonra Münbiçə mümkün əməliyyat gündəmə gəlib və bu, Ankaranın hələ 2018-ci ildə həyata keçirmək istədiyi strategiya idi;

3. Fərat sahilinə çıxmaq əsasən çayın şərqində terrorçuların ən azı mümkün irəliləyişinin qarşısının alınması və sıxışdırılması baxımından əhəmiyyətlidir;

4. PYD\YPG-nin sıxışdırılması ABŞ-da hakimiyyətin təhvil verilməsindən öncə Türkiyənin əlini gücləndirir: Trampın “Suriya demokratik qüvvələri” adı altında legitimləşdirilən terrorçulara açıq dəstək verəcəyi gözləntisi böyükdür;

5. Mövcud vəziyyətdə Türkiyənin Suriyada hər iki tərəf – İran-Rusiya və ABŞ-İsrail üçün həlledici oyunçu rolu gücləndi və hər iki tərəf Ankara ilə razılaşmaq üçün onun maraqlarını nəzərə almalıdır;

HTŞ-nin hücumunda məsuliyyəti Türkiyənin üzərinə qoymaq cəhdləri olsa da, Ankaranın bundan rəsmi şəkildə imtina etməsi ən doğru gediş idi. Çünki Qərbdə terror təşkilatı kimi tanınan HTŞ üzərindən Türkiyəni “terrora dəstək verən ölkə” kimi göstərəcək və bundan PYD/YPG məsələsində istifadə edəcəklərdi, buna paralel olaraq, Ankara Moskva və Tehranla birbaşa üz-üzə qalacaqdı. Buna imkan verməyən Türkiyənin HTŞ-nin hücumundan sonra yaranmış vəziyyətdən həm hərbi, həm siyasi müstəvidə mövqelərini gücləndirmək üçün istifadə etdiyi görünür. Suriyada hələki üstün tərəf Türkiyədir.

Asif Nərimanlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur