UEFA prezidenti Aleksander Çeferin "Telegraph Sport"a müsahibəsində Rusiya futbolu barədə danışıb.
Publika.az xəbər verir ki, sloveniyalı funksioner gənclərdən ibarət komandaların beynəlxalq yarışlarda iştirakına icazə verilməsinin tərəfdarı olduğunu bildirib. O, rusiyalı gənclərdə qərbə qarşı nifrət aşılanmasını istəmir və onları günahı olmayan bir işə görə cəzalandırmağı doğru hesab etmir.
Eyni zamanda, Çeferin münaqişə davam etdiyi müddətdə Rusiyanın əsas millisi və klubları üçün qadağanı qüvvədə saxlamaq niyyətindədir.
Qeyd edək ki, sentyabrın 26-da UEFA Rusiyanın 17 yaşadək futbolçulardan ibarət komandalarının yarışlara buraxıldığını rəsmən elan edib. Lakin ictimai təzyiqdən sonra təşkilat tezliklə bu qərarı ləğv edib.
Heybət