Livandan İsrailə atılan raketlərdən biri Tel-Əvivin Ben Qurion hava limanı yaxınlığında partlayıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə Kan radiostansiyası məlumat yayıb.
Hava limanının normal rejimdə işlədiyi qeyd edilir. Ölənlər barədə məlumat yoxdur.
Raketlərdən birinin ölkənin mərkəzinə düşməsi barədə daha sonra İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Livandan 10-a yaxın raket sərhədi keçib. Raketlərin əksəriyyəti zərərsizləşdirilib və atılan bir mərmi İsrailin mərkəzində partlayıb”, - deyə məlumatda qeyd olunub.
Adəm Abbaslı