İsrail ordusu HƏMAS lideri Yəhya Sinvarın ailəsi ilə birlikdə yeraltı tunellərdə irəlilədiyini iddia edən görüntülər yayımlayıb.
Publika.az xəbər verir ki, İsrail ordusu videonun Qəzza zolağının cənubunda ikinci ən böyük şəhər olan Xan Yunisdə çəkildiyini iddia edib.
İsrail ordusunun sözçüsü Daniel Haqari mətbuat konfransında paylaşdıqları videonun oktyabrın 10-da lentə alındığını iddia edib.
Haqari videonu jurnalistlərlə paylaşaraq, onun ailəsi ilə birlikdə yeraltı tuneldən əvvəlcədən tikilmiş təhlükəsiz yaşayış komplekslərindən birinə qaçdığını deyib.
Haqari Sinvarı öldürməkdə və ya diri tutmaqda qərarlı olduqlarını deyib.
Həmin vieonu təqdim edirik:
Roza Şəfiyeva