01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

"Oyuna tam istədiyimiz kimi nəzarət edə bilmədik"

03 mar 2024 18:00
İDMAN
ads

Çox istəkli komandaya qarşı oynadıq. Bəlkə də tam istədiyimiz kimi matça nəzarət edə bilmədik. Futbolçuları təbrik edirəm. Azarkeşlər üçün də yaxşı görüş oldu. Stadionda yaxşı ab-hava var idi.

Publika.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXV turunun oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis iki qolu son dəqiqələrdə əks-hücumlardan vurduqlarını xatırladıb: "Rəqibjn itirəcəyi bir şeyi olmadığı üçün son dəqiqələrdə irəli atılmışdı. Çempionatda xal fərqi 23 olsa da, futbolçu ritmdən düşməli deyil. Hansısa oyunçunun praktikasının azalmasını da istəmərəm. Potensiallı gənclərə növbəti qarşılaşmalarda şans verə bilərəm".

Təcrübəli baş məşqçi rəqib azarkeşlərə təşəkkür edib və "Neftçi"yə hər zaman hörmətinin olduğunu söyləyib.

Qurbanov növbəti matçlara da daha ciddi şəkildə hazırlaşacaqlarını sözlərinə əlavə edib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur