İranın Cənubi Xorasan əyalətində 5,2 maqnitudalı zəlzələ olub.
QÜTB.AZ xəbər verir ki, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.
Yerli vaxtla saat 16.13 radələrində Bocnurd şəhərində qeydə alınan zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Xatırladaq ki, bu gün səhər İranın Şimali Xorosan əyalətində ard-arda 2 zəlzələ baş verib. Zəlzələlər 4,7 və 4,1 bal gücündə olub. Təkanlar nəticəsində yaranan kiçik dağıntılar 7 nəfərin yüngül xəsarət almasına səbəb olub.